Arstaxa kömək üçün hərraca çıxarılan fransız futbolçunun forması 35 min avroya satılıb

Fransa millisinin və İtaliyanın “Milan” futbol klubunun hücumçusu Olivye Jirunun Artsax ermənilərinə kömək etmək üçün hərraca çıxarılan forması 35 min avroya satılıb. Bu barədə “Le Parisien” yazır.
Qeyd olunur ki, Olivye Jirun Parisdəki Saint-Honoré d’Eylau kilsəsində təşkil olunan “Missiya gecəsi”nin üçüncü toplantısına qatılıb. Fransa millisinin hücumçusu şəxsən iştirak etməyib, lakin o, son dünya çempionatının 1/4 finalında İngiltərə ilə oyunda (2:1) geyindiyi və qol vurduğu formalarından birini hədiyyə edib.
Qeyd olunur ki, hərrac “Ermənistanda təqib olunan xristianların xeyrinə” təşkil ediliv və bir donor “Milan”ın hücumçusunun formasını almaq üçün 35 min avro ödəyib. Satışdan əldə olunan gəlirin “Açıq qapılar” və “Ermənistana ümid” xristian təşkilatlarına veriləcək.







