
Avqustun 10-da ER Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Elektrik enerjisi üçün qaz” müqaviləsinin uzadılması və həcmin artırılması sənədini imzalayıb.
Ərazi İdarəetmə və İnfrastruktur nazirliyinin press-relizinə istinadən verdiyi məlumata görə, müqaviləni “Yerevan İstilik Elektrik Stansiyası” QSC-nin baş direktoru Aram Ğazaryan və İran İslam Respublikasının Neft nazirinin müavini, “İstiqrazlar” şirkətinin direktoru Məcid Çegeni imzalayıblar.
Müqavilə 2030-cu ilə qədər uzadılıb.
ER iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan tərəfləri sazişin uzadılması münasibətilə təbrik edərək, bunun Ermənistan-İran dostluq münasibətlərinin ən yaxşı təzahürlərindən biri olduğunu vurğulayıb.
“Müqavilə müddətinin uzadılması hər iki ölkə üçün sərfəli sövdələşmədir. Müqavilənin uzadılması qaz idxalı və elektrik enerjisi ixracının həcmini artırmaq imkanı yaradır ki, bu da mütləq hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək”- deyərək nazir qeyd edib.
Məcid Çegeni də öz növbəsində müqavilənin uzadılması faktınıqeyd edərək, bunun Ermənistan-İran münasibətlərinin inkişafına yeni təkan verəcəyini vurğulayıb.







