BaşlıcaSiyasət

​ Paşinyan Parisdə AB-nin genişlənmə prosesindən danışıb, Gürcüstanla bağlı qərarı alqışlayıb

ER Baş naziri Nikol Paşinyan Parisdə keçirilən “6-cı Sülh Forumu” panelində sual-cavab sessiyası zamanı Avropa  Birliyinin  genişlənməsi prosesinə toxunub.

Aldığımız  məlumata görə,  komissiyasının Gürcüstana Avropa Şurasına namizəd statusu verilməsi qərarını alqışlayıb.

“Bu olduqca vacibdir. Baş nazir Qaribaşvilini mən indi təbrik etməyəcəyəm, Avropa Şurası qərar qəbul edən zaman  rəsmi olaraq təbrik edəcəm.

Biz bunun çox vacib proses olduğunu düşünürük və hadisələrin gedişatını çox diqqətlə izləyirik. Gürcüstana uğurlar arzulayırıq.

 Təəssüf ki, Baş nazir Qaribaşvilinin dediyi kimi, bizim dünyada çoxlu münaqişələrimiz var və bizim birgə vəzifəmiz bunun asan iş olmadığını başa düşərək, bütün münaqişələrin həlli istiqamətində işi davam etdirməliyk.

Əgər bu asan olsaydı, çoxdan həll olunardı. Münaqişəni həll etmək və uğur qazanmaq üçün əlimizdən gələni etmək bizim şəxsi və siyasi borcumuzdur” – deyə ER Baş naziri  bəyan edib.

Daha çox göstər
Back to top button