Başlıcaİctimaiyyət

Qardman-Şirvan-Naxicevan Ümumerməni Birliyi bəyanat yayıb

Qardman-Şirvan-Naxicevan Ümumaməni Birliyi Azərbaycanı yüz illik tarixi ərzində ermənilərə qarşı törədilmiş çoxsaylı cinayətləri nəzərə almağa və Azərbaycanın təcavüzündən əziyyət çəkən ermənilərin bütün hüquqlarının ədalətli şəkildə bərpası istiqamətində əməli addımlar atmağa çağırır.

“Armenpress”in məlumatına görə, bu barədə Qardman-Şirvan-Naxıcevan Ümumaməni Birliyinin Azərbaycan tərəfindən saxta elmi siyasi çıxışların tirajlanması ilə bağlı bəyanatında deyilir.

Tarixi faktlara seçmə yanaşma, keçmişin yenidən redaktə edilməsi və ona uyğun gələcəyə birtərəfli baxışların formalaşdırılması Azərbaycan siyasi ikiüzlülüyünün parlaq nümunələrindəndir.

Azərbaycanın qəbul etdiyi destruktiv yanaşmanı müşahidə etmək çətin deyil. Azərbaycan cəmiyyətinin ən səthi tədqiqi açıq şəkildə göstərir ki, o dövlətin bütün təbəqələri bir problem üzərində cəmlənib: anti-erməni diskursları inkişaf etdirmək.

Gündəlik fasilələrlə Ermənistanın suveren ərazisi ilə bağlı ambisiyaları olan müxtəlif təşəbbüslər, dövlət məmurlarının qeyri-dini təşkilatların pərdəsi altında gizlədilmiş fəaliyyəti, mənasız və əsassız çıxışlar, elmi diskussiyalar, festivallar, təqdimatlar, konqreslər Azərbaycanın işğalçılıq siyasəti ilə bağlı real ideyalarını əyani şəkildə göstərir.

Ona görə də biz Azərbaycanı yüz illik tarixi ərzində ermənilərə qarşı törədilən çoxsaylı cinayətləri nəzərə almağa çağırırıq.

Daha çox göstər
Back to top button