BaşlıcaSiyasət

Sobhani: “İran, RF və Türkiyənin Yerevan – Bakı razılaşmalarını dəstəkləməsi sülhün ən yaxşı təminatı olacaq”

Regionun bütün məsələləri dialoq yolu ilə həllolunmalı, bütün ölkələrin ərazi bütövlüyü qorunmalı, hər bir ölkənin milli suverenliyi çərçivəsində müvafiq ölkələrin sakinlərinin hüquqlarına hörmətlə yanaşılmalıdır.

 Bu haqda İran İslam Respublikasının Ermənistanda olan  Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani İctimai televiziya şirkətinə müsahibəsində 100 mindən çox erməninin Artsaxdan zorla deportasiyası ilə bağlı Tehranın mövqeyi məsələsinə toxunaraq bildirib.

İran səfirinin qənaətincə, hərbi əməliyyatlar regional fundamental problemlərini həll edə bilməz, onların həlli üçün münaqişənin kökləri müəyyən edilməlidir və bu,yalnız  dialoq və dinc təmaslar vasitəsiylə həyata keçirilə bilər.

Sobhani xatırladır ki, aylar öncə o, məcburi köçkün ermənilərlə evlərini niyə və hansı şəraitdə tərk etdiklərini anlamaq üçün onlarla Kapanda görüşüb.

“Onların məndən çatdırmağımı istədikləri mesaj, Qarabağda öz evlərinə qayıtmaq üçün lazımi şəraitin yaradılmasını istədikləri olub. Onlardan niyə evlərini tərk etdiklərini soruşarkən, dedilər ki, özlərini fiziki cəhətdən təhlükəsiz hiss etmədikləri üçün məcburən tərk ediblər” – deyərək Sobhani qeyd edib.

Səfirin sözlərinə görə, Ermənistan və Azərbaycan ümumi məsələlərdə ortaq anlaşma əldə naminə bir-biri ilə danışmalıdırlar.

“Bu, davamlı sülhün bərqərar olmasını təmin edəcək bir qarşılıqlı anlaşma əldə etməli olduqları bir paketdir. Bunun təminatı region ölkələrinin iştirakı ola bilər ki, bunun bariz nümunəsi Tehranda 3+3 formatında görüşün keçirilməsidir. Region ölkələri Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaları dəstəklədikdə, bu, regionda daimi və sabit sülhün əldə olunması üçün ən böyük təminat ola bilər” – deyərək Sobhani bildirib.

Daha çox göstər
Back to top button