BaşlıcaMədəniyyət

Bu gün Sergey Paracanovun 100 illik yubileyidir

Yüz il əvvəl, 1924-cü il yanvarın 9-da Tiflisdə erməni ailəsində oğlan uşağı Sargis (Sergey) Paracanov anadan olub. Onun taleyinə şedevr kimi tanınan bir neçə film çəkmək, ömrünün bir hissəsini sovet həbsxanasında keçirmək, orada ağır şəraitdə yaşamaq və 20-ci əsrin ən böyük kinorejissorlarından biri olmaq qismət olub.

“Məni Sovet İttifaqı Kommunist Partiyasının 340 üzvünü zorlamaqda günahlandırdılar”, – Paracanov sovet həbsxanasından çıxandan sonra verdiyi müsahibələrində zarafat edib. Dünya mədəniyyət xadimləri onun üçün petisiya göndəriblər. 1974-cü ildə homoseksuallıqda ittiham olunub. Şəxsi əmlakı müsadirə olunmaqla beş il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.

Paracanov sülhsevər insan idi. Onun Tbilisinin Kote Mesxi küçəsindəki muzeyi və eyni zamanda antikvar mağazasını xatırladan evini Marçello Mastroyanni, Tonino Qerra, Andrey Tarkovski, Vladimir Vısotski və Marina Vladi kimi dünya məşhurları ziyarət edib.

Daha çox göstər
Back to top button