
Ermənistanla Rusiya arasında siyasi münasibətlərin pisləşməsinə baxmayaraq, ikitərəfli ticarət inkişaf edir. Bu barədə Avropanın EurActiv mətbuat saytı yazır.
Moskvaya qarşı sanksiyalardan sonra Ermənistanın Rusiyaya ixracı 2022-ci ildə üç dəfə, 2023-cü ilin Yanvar-Avqust ayları arasında isə iki dəfə artıb.
Ermənistanın Rusiya ilə siyasi münasibətləri son bir neçə ildə xeyli pisləşsə də, Rusiya ilə ikitərəfli ticarət inkişaf edib.
2023-cü ildə Rusiya ilə ticarəti ölkənin xarici tecarətinin 35-dan çox faizini təşkil edib, eyni zamanda AB-nin ümumi payı 13 faiz təşkil edir.
Ermənistan iqtisadiyyatının Rusiya ilə ticarətdən böyük asılılığı bu ölkənin görünməmiş iqtisadi azalma riski olmadan Moskvaya qarşı sanksiyalara qoşulmasını praktiki olaraq qeyri-mümkün edib. Lakin Rusiya bazarından artan iqtisadi asılılıq Ermənistan hakimiyyətinin ölkənin geosiyasi mövqeyini tədricən Qərbə dəyişmək cəhdlərinə mane olmur.
Ermənistan Statistika komitəsinin məlumatına görə, 2023-cü ildə və 2024-cü ilin ilk aylarında sürətlə davam edən Ermənistan və Rusiya arasında ticarət 2022-ci ildə təxminən iki dəfə artaraq 5,3 milyard dollara çatıb. Ermənistanın Rusiyaya ixracının artması daha çox üçüncü ölkələrdən malların təkrar ixracı ilə bağlıdır.
BMT-nin Comtrade məlumat bazasına əsasən, son iki ildə Ermənistandan Rusiyaya ixrac edilən malların siyahısına mobil telefonlar, kompüterlər, qulaqlıqlar və digər avadanlıqlar daxildir. Son aylarda almaz və qızılın təkrar ixracı da artmaqdadır.
Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərin mümkün sanksiyalardan yayınmasına nəzarəti gücləndirmək üçün 2023-cü ildə ölkə hakimiyyəti Rusiyaya mikroçiplər, transformatorlar, kameralar, antenalar və digər elektron avadanlıqların tədarükü üçün məcburi dövlət lisenziyaları tətbiq edib.
Noyabrda ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen Ermənistan hökumətinin həyata keçirdiyi və ABŞ administrasiyasına Rusiya ilə ticarətə nəzarət etməyə imkan verən islahatları yüksək qiymətləndirib.
2024-cü ilin Martında Avropa Parlamenti də Ermənistanın sanksiyalar altında əməkdaşlığının ümumi təcrübəsini müsbət qiymətləndirib.
Avropa Parlamenti qeyd edib ki, Rusiyaya ixracın artmasına baxmayaraq, AB-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Ermənistan hakimiyyətinin sanksiyalardan yayınmasının qarşısının alınmasında AB ilə əməkdaşlığı ilə bağlı hər hansı narahatlıq ifadə etməyib.







