BaşlıcaSiyasət

Ermənistan Türkiyənin ərazisindən Livana humanitar yardım göndərəcək

Ermənistan və Türkiyə arasında yerləşən “Marağa” keçid məntəqəsi iyunun 12-dən 22-dək açılacaq ki, Ermənistan tərəfindən Livana göndərilən humanitar yardım yükləri Türkiyənin ərazisindən daşınsın.

Alınan məlumata görə, hökumətin müvafiq qərarı iyunun 11-də keçirilən iclasda qəbul edilib. Ermənistan Respublikası və Livan Respublikasının müvafiq idarələrinin nümayəndələrinin işçi görüşləri nəticəsində Ermənistan tərəfindən Livana humanitar dəstək göstərilməsi məsələsinin də müzakirə edilməsi barədə razılıq əldə edilib.

Buna əsasən, humanitar yardımın tez və az xərclə Livana çatdırılması imkanı yaranacaq. Xatırladaq ki, “Marağa” keçid məntəqəsi Ermənistan-Türkiyə sərhədinin bağlı olması səbəbindən fəaliyyət göstərmir – sərhədi Türkiyə 1993-cü ildə birtərəfli qaydada bağlamışdır.

Daha çox göstər
Back to top button