BaşlıcaSiyasət

Baş nazirin müavininin  idarəsi:  “Tavuşdan demarkasiyaya başlamaq qərarı hələ verilməyib”

Tavuşdan demarkasiyaya başlamaq qərarı hələ verilməyib. Bu barədə Baş nazir müavini Mher Qriqorianinin idarəsi məlumatlandırıb.

Baş nazirin müavininin idarəsindən verilən məlumata görə, iki ölkənin komissiyaları bir sıra məsələlər, o cümlədən Tavuş bölgəsindən sərhədlərin müəyyənləşdirilməsinə başlanılması ilə bağlı heç bir qərar və razılığa gəlməyiblər.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan Tavuş bölgəsinə daha əvvəl səfəri zamanı əhaliyə məlumat vermişdi ki, sərhədlərin delimitasiyası prosesi yəqin ki, Tavuş bölgəsindən başlayacaq.

Daha çox göstər
Back to top button