
Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-dən çıxmaq ehtimalından danışıb.
“Alınan məlumata görə,bu haqda Paşinyan parlamentdə hökumətlə sual-cavab zamanı danışıb.
Oktyabrda Baş nazir KTMT-nin müqavilə öhdəliklərini yerinə yetirmədiyini bəyan edib. “Məlum oldu ki, alyans üzvləri müqavilə öhdəliklərini yerinə yetirmirlər, Azərbaycanla bizə qarşı müharibə planlaşdırırlar”.
Müxalifət deputatlarının zaldan reaksiyasına cavab verən Paşinyan vurğulayıb. “Biz çıxacağıq. Nə vaxt çıxacağımıza biz qərar verəcəyik. Deyirik: Həmin deyilənlər azmı olub?.Sizin fikrinizcə növbəti addım hansıdır? Gerimi qayıtmalıyıq? Digər yolumuz yoxdur”.
Müxalifətin qaldırdığı suala toxunan Baş nazir deyib ki, onlar hara gedirlər. “Biz əsl Ermənistana, sərhədləri müəyyən edilmiş suveren, təhlükəsiz, dinc dövlət olan Ermənistan Respublikasına gedirik.
Və orada, narahat olmayın, biz geri dönməyəcəyik. Sadəcə, demirik tez, sizin əhvalınız pisləşməsin deyə, bu barədə əvvəlcədən danışmırıq”.







