
“ABŞ Ermənistanın xarici təzyiqlərə davamlı olmasını təmin edə bilər”.
Alınan məlumata görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Helsinki Komissiyasının sədri Co Uilson Ermənistana səfəri zamanı konqres nümayəndə heyətinin tərkibində amerikalı senator Rocerin rəhbərlik etdiyi mətbuat konfransında bildirib.
“Erməni xalqını dəstəkləmək məsələsində hamımız həmrəyik. Bölgədə bizim üçün mühüm tərəfdaş olan Ermənistanda olmaq bizim üçün böyük şərəfdir” – deyərək Uilson bildirib.
O, qeyd edib ki, Ermənistan Qərblə yaxınlaşmağa, Rusiyanın təsirindən uzaqlaşmağa çalışır.
“Ermənistanın müstəqil xarici siyasət yeritmək istəyi ilə Rusiyanın Sovet İttifaqını yenidən qurmaq ambisiyalarını birləşdirməklə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməklə biz Ermənistanın xarici təzyiqlərə davamlı olmasını təmin edə bilərik” – deyə konqresmen bildirib.
Onun sözlərinə görə, bu, həm də region və qlobal təhlükəsizlik üçün faydalı olacaq.







