
Rusiyanın xarici borcu bu ilin ikinci rübündə son 2 ildə ilk dəfə 1,12 faiz artaraq 306,1 milyard dollara çatıb. “Armenpress” xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Federasiyası Mərkəzi Bankının dərc etdiyi ilkin məlumatlara istinadən məlumat yayıb.
Sonuncu dəfə indeks 2022-ci ilin ikinci rübündə 5,3 faiz artım qeydə alıb.
Artım əsasən Mərkəzi Bankın və bankların xarici borcları hesabına baş verib. Dövlət idarələrinin borcu da bir qədər artıb. Şirkətlər qeyri-rezidentlər qarşısında öhdəliklərini azaltmağa davam edib, onlar 2,3 faiz azalıb.







