Başlıcaİdman

FIFA-nın Prezidenti Canni İnfantino Nikita Simonyanın 100 illiyində iştirak edəcəyinə söz verib

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) Prezidenti Canni İnfantino, Nikita Simonyanın 100 illik yubileyində iştirak edəcəyinə söz verib.

Bu barədə TASS-a UEFA-nın fəxri üzvü və Rusiya Futbol İttifaqının (RFİ) fəxri Prezidenti Vyaçeslav Koloskov məlumat verib.

FIFA prezidentinin bu niyyəti UEFA-nın aprelin 3-də Belqradda keçirilən konqresi çərçivəsində bəlli olub.

“Nikita Pavloviç Simonyan mənə xahiş etdi ki, İnfantinoya xatırladım – o, 100 illiyinə gələcəyinə söz verib. İnfantino bunu təsdiqlədi və dedi: ‘Bəli, bəli, mən gələcəyəm”– deyə Koloskov bildirib.

2026-cı il oktyabrın 12-də olimpiya çempionu, Moskva “Spartak”ının ən yaxşı bombardiri, SSRİ-nin əməkdar məşqçisi Nikita Simonyan 100 yaşını qeyd edəcək.

 O, futbolçu kimi Suxumi “Dinamo”sunda, Moskva “Krilia Sovetov”unda və “Spartak”da çıxış edib, SSRİ çempionatının ən yaxşı 33 oyunçusunun siyahısına səkkiz dəfə düşüb.

 SSRİ yığmasının heyətində Melburn Yay Olimpiya Oyunlarının qalibi olub. Məşqçi kimi “Spartak”, Yerevan “Ararat”, SSRİ milli komandası və Odessa “Çernomorets” komandalarına rəhbərlik edib.

2011-ci il martın 21-də Ermənistan Prezidentinin sərəncamı ilə erməni-rus dostluğunun möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti, eləcə də Ermənistan futbolunun inkişafına verdiyi töhfəyə və bu sahədəki əhəmiyyətli nailiyyətlərinə, futbol sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.

2013-cü il oktyabrın 10-da Ermənistan futbolunun inkişafına verdiyi töhfəyə və qazandığı böyük nailiyyətlərə görə “Vətənə xidmətə görə” 1-ci dərəcəli medalla təltif edilib.

Daha çox göstər
Back to top button