
Baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə AN-24 təyyarəsinin qəzaya uğraması nəticəsində onlarla insan həlak olması ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
Xabarovsk-Blaqoveşensk-Tynda reysini həyata keçirən Anqara aviaşirkətinin AN-24 mülki təyyarəsinin sərnişinlərinin faciəli şəkildə həlak olması ilə əlaqədar səmimi başsağlığımı qəbul edin.
Təyyarə qəzası nəticəsində yaxınlarını itirmiş ailələrə səmimi başsağlığı və dəstək sözlərimi çatdırmağınızı xahiş edirəm”.







