
ABŞ prezidenti Donald Tramp Vaşinqtondakı Kennedi Mərkəzində jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan onunla söhbət zamanı Ermənistanın yollarının Vaşinqtondan daha yaxşı olduğunu deyib.
“Başqa ölkələrdən liderlər gəlir. Həmişə görürsən ki, liderlər mehribandır. Bu yaxınlarda Hindistandan və hər tərəfdən gəliblər. Onlar müharibədən sonra gəliblər ki, biz Azərbaycanla… Ermənistan arasında yenicə başa vurduq. Müharibəni yeni bitirdik. İki lider gəldi. Onlardan biri dedi: “Mənim ölkəm daha yaxşı görünür”… Bəs siz necə düşünürsünüz? Dedi: “Ermənistanın yolları Vaşinqtondakından yaxşıdır”. Bu, üzücüdür”, – ABŞ prezidenti bildirib.







