
Vaşinqtonda 8 avqust tarixində Ermənistan baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Aliyev və ABŞ Prezidenti Donald Tramp birgə bəyannamə imzaladılar.
Həmin gün həm də “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin bərpası haqqında”müqavilənin ilkin imzası atıldı.
Bu andan etibarən Əliyev media ilə əlaqələrdə, dövlətlərarası və yerli tədbirlərdə yuxarıda qeyd olunan sənədlərin müddəalarına və ruhuna zidd olan bir sıra bəyanatlar verib.
“Faktların yoxlanması platforması” sənədlərin imzalanmasından bir ay sonra bu bəyanatları yekunlaşdırıb.
Əliyevin Ermənistanın daxili işlərinə müdaxiləsi və Konstitusiya dəyişikliyi şərti
29 avqustda İlham Aliyev ərəb Al Arabiya media ilə müsahibəsində yenidən Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin bərpası haqqında”ilkin imzalanmış müqavilənin son imzalanmasının şərti kimi irəli sürdü.
“Rəsmi olaraq sülh müqaviləsinin imzalanmamasının bir səbəbi var – Ermənistan konstitusiyası hələ də Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan müddəaya malikdir.
Bizim anladığımız qədəri ilə bu dəyişiklik ediləcək. Və məhz bu konstitusiya dəyişikliyi edildikdə, Azərbaycana qarşı ərazi iddiaları götürüldükdə, rəsmi sülh müqaviləsi imzalanacaq- deyə Azərbaycan prezidenti qeyd edib.
Azərbaycan 2024-cü ildən etibarən rəsmi olaraq Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Rəsmi Bakının fikrincə, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.
Lakin ilkin imzalanmış müqavilənin 2-ci maddəsinə görə: “Tərəflər bir-birinə qarşı ərazi iddiaları olmadığını və gələcəkdə belə iddialar irəli sürməyəcəyini təsdiq edir”.
12-ci maddədə isə qeyd olunur: “Tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüquqdan və bu Sazişdən rəhbər tutacaq.
Tərəflərdən heç biri bu Sazişin icra edilməməsinin əsaslandırılması kimi öz daxili qanunvericiliyinin müddəalarına istinad edə bilməz”.
Yəni həm ER, həm də Azərbaycan bu müqavilə ilə bir-birinin ərazi bütövlüyünə hörmət etmək öhdəliyi götürür və onu daxili qanunvericiliyinə, o cümlədən konstitusiyasına istinad edərək pozmağa və ya şübhə altına almağa haqqı yoxdur.
Faktiki olaraq, müqavilə bu cür narahatlıqları aradan qaldırır, lakin Aliyev 12-ci maddənin ruhuna zidd olaraq bu şərti irəli sürməyə davam edir.
Eyni zamanda, Əliyev Ermənistanın konstitusiya dəyişikliyi şərti ilə müqavilənin 4-cü maddəsini pozur ki, ona görə “Tərəflər bir-birinin daxili işlərinə müdaxilə etməkdən çəkinəcək”.
İlkin imzalanmış müqavilə Əliyevin ermənilərə qarşı nifrət sözlərini dayandırmadı
25 avqustda Kəlbəcərdə yerləşdirilmiş azərbaycanlılarla görüş zamanı Əliyev erməni cəmiyyətini “xəstə” adlandırıb.
O demişdir: “Bu [erməni] cəmiyyət xəstədir və mən bunu açıq şəkildə deyirəm”.
Bununla Əliyev ilkin imzalanmış müqavilənin daha bir müddəasına zidd çıxış edib:
“Tərəflər dözümsüzlüyü, irqi nifrəti və ayrı-seçkiliyi, ayrılıqçılığı, zorakı ifratçılığı və terrorizmi bütün təzahürləri ilə pisləyir və onlara qarşı mübarizə aparacaq – hər biri öz səlahiyyət dairəsində və özlərinə şamil olunan beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin edəcək”.
“Tramp marşrutu” – “Zəngəzur dəhlizi”
Şanxay Əməkdaşlıq Təşkilatının sammitində 1 sentyabrda Aliyev beynəlxalq tərəfdaşlara Ermənistanın suveren ərazisində həyata keçiriləcək layihəni təqdim edərkən Ermənistan vasitəsilə keçəcək rabitəni yenidən sözdə “Zəngəzur dəhlizi” adlandırıb.
“Azərbaycanın əsas hissəsini Naxicevan Muxtar Respublikası ilə birləşdirən son razılaşmalar beynəlxalq tranzit daşımaların imkanlarını daha da genişləndirəcək.
Əminəm ki, “Zəngəzur dəhlizi” tezliklə Orta Dəhlizin, eləcə də Şimal-Cənub dəhlizinin daha bir mühüm hissəsinə çevriləcək, bu da sülhün möhkəmlənməsinə, çoxtərəfli tərəfdaşlığa kömək edəcək və Azərbaycanın bütün yaxın və uzaq qonşularına – sərhədlərimizin Şərqində, Qərbində, Şimalında və Cənubunda fayda gətirəcək”- deyərək Əliyev bəyan edib.
Faktiki olaraq, Əliyev həm ilkin imzalanmış müqavilənin 2-ci maddəsinin ruhuna– Ermənistan vasitəsilə keçəcək ərazidə həyata keçiriləcək layihəni beynəlxalq tərəfdaşlara Azərbaycanın layihəsi kimi təqdim edir.
Həm də 8 avqustda Azərbaycan, Ermənistan və Amerika Birləşmiş Ştatlarının rəhbərlərinin imzaladığı birgə bəyannamənin 3-cü və 4-cü bəndlərinə- zidd çıxış edir
“Azərbaycanın əsas hissəsi ilə Naxicevan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisi ilə maneəsiz rabitə Ermənistanın ərazi bütövlüyü, suverenliyi, səlahiyyət prinsipləri, habelə Ermənistan üçün beynəlxalq və daxili rabitənin qarşılıqlı üstünlükləri ilə fəaliyyət göstərəcək”.
Eyni zamanda, Orta Dəhlizin Ermənistan vasitəsilə keçən hissəsi “Zəngəzur dəhlizi” deyil,”Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (Trump Route for International Peace and Prosperity (TRIPP)) adlanır.
Rabitə proqramının həyata keçirilməsi isə ikitərəfli – Ermənistan-ABŞ formatındadır.
Qeyd edək ki, ŞƏT sammitində Aliyevə Ermənistan baş naziri Nikol Paşinyan cavab verərək vurğulamışdır ki, Ermənistan və Azərbaycan rəhbərlərinin qəbul etdiyi Bəyannamədə müəyyən terminologiyanın da razılaşdırıldığı nəzərdə tutulur.
“Dəqiqləşdirilmiş, razılaşdırılmış bu terminologiyadan istifadə konstruktiv mühitin və sonrakı işin həyata keçirilməsinə kömək edəcək.
Tərəfdaşları həm də məlumatlandırmaq istərdim ki, xüsusilə də Azərbaycan prezidenti tərəfindən istifadə olunan leksika bizim tərəfimizdən Vaşinqtonda razılaşdırdığımız məntiq çərçivəsində qəbul edilmir, xüsusilə ki, həmin razılaşmalar çərçivəsində Ermənistan Respublikası və Amerika Birləşmiş Ştatları rabitə investisiya layihəsini həyata keçirəcək, hansı ki “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” adlanır.
Bu layihə Ermənistan Respublikasının ‘Sülh kəsişməsi’ layihəsindən irəli gəlir, ona görə də Ermənistan Respublikası və Birləşmiş Ştatlar bu layihəni inkişaf etdirmək və ona investisiyalar etmək istiqamətində ikitərəfli yaddaş qeydi imzaladılar”- deyə o qeyd edib.
Beləlilə, avqustun 8-dən etibarən yəni,Əliyev avqustun 8-dən bir ay ərzində həm ER -ABŞ-AR bəyannaməsinin müddəalarını dəfələrlə pozmağa, həm də ictimai çıxışlarında paraflanmış sazişin ruhuna zidd iddialar irəli sürməyə nail olub.







