BaşlıcaSiyasət

Azərbaycan Ermənistandan 500 dəfə geri qaldı: Qulu məmmədli

Azərbaycan müxalifətçisi Qulu Məmmədli Facebook-da paylaşım edərək Azərbaycan hakimiyyətinin hərəkətlərini sərt tənqid edərək ölkənin texnoloji potensialını Ermənistanın potensialı ilə müqayisə edib.

O qeyd edib ki, məşhur NVİDİA şirkəti Ermənistanda süni intellektin inkişafına 500 milyon dollar deyil, 1.5 milyard dollar investisiya ayırıb. 

“Azərbaycanın oğru hakimiyyəti isə gələn il üçün bu sahənin inkişafına 3 milyon dollar ayırıb. 

Bu 3 milyon dollar da çox təssüf ki, bu sahəyə sərf olunmayacaq hər kəsin bildiyi kimi. O 3 milyonu büdcədən çıxan kimi yarıyoldaca çırpışdıracaqlar. 

Özünü regionun lider dövləti, strateji valyuta ehtiyyatlarının 80 milyard dollar (güya) olduğunu elan edən Azərbaycan avtoritar höküməti gələcək prespektivdə dünyanın yönünü şərtləndirəcək elm-texnologiya sahəsinə Ermənistandan nə az nə çox, düz 500 dəfə az maliyyə vəsaiti ayırıb bu sahəyə”,- Məmməfli yazıb.  

O vurğulayıb ki, bu məbləğ Azərbaycanda sıradan xırda buynuzlu bir məmurun dövlər büdcəsindən çırpışdırdığı məbləqdən də azdır. 

Məmmədli misal üçün Dövlət Xidmətinin keçmiş rəsinin örnəğini verir.

“Elə bir neçə il öncə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi cənab Zakir Sultanov 5.3 milyon manatlıq korrupsiyada ittiham olunurdu. 

Və bu sayaq oğruluqların və büdcə talamalarının miqdarı yüzmilyardlarladır bu başıbəlalı məmləkətdə”.

O  qeyd edib ki, Azərbaycan bu gedişlə məğlub, “acından ölən” ölkəyə uduzucaq yaxın gələcəkdə. 

Məmmədli tarixi bir paralel apararaq xatırladır ki, müasir dünya düzənində İkinci Dünya Müharibəsində Almaniyanı məğlub edən Rusiya bu gün “bütün sahələrdə” uduzan tərəfdir.

“Azərbaycanın indiki hakimiyyəti sovet təfəkkürünün uzantısıdır və Ermənistanın indiki hakimiyyəti qərbmeyilli xətt tutub, bu gedişlə eyni tarixi hadisənin yaşanacağını indidən ön görə bilərik”.

Məmmədli xüsusi olaraq qeyd edir ki, Azərbaycan bu amansız işğaldan xilas olmasa, Azərbaycanı daha ağır fəlakət gözləyir qarşıda.

Daha çox göstər
Back to top button