
Erməni İnqilabçı Federasiyası EİD (Erməni İnqlab Daşnaktsyutsyun) 2026-cı ildə keçiriləcək Parlament seçkilərinə ittifaq formatında qatılacaq.
Alınan məlumata görə, bu barədə EİD Ermənistan Təşkilatının 29-cu Ali Məclisinin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanır ki, Parlament EİD Ermənistan Ali Orqanına mümkün ittifaq formatı ilə bağlı aktiv seçki danışıqları aparmaq və EİD -nın əsas məsələlərdə əhəmiyyətli rolunu və yanaşmalarını təmin etmək üçün səlahiyyət vermişdir.







