BaşlıcaEkonomika

ER  Baş nazirinin rəhbərliyi ilə Ermənistanda yaşıl hidrogen istehsalının inkişafı perspektivləri müzakirə olunub

Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Respublikasında yaşıl hidrogen istehsalının inkişafı perspektivlərinin müzakirə edildiyi məsləhətləşmə iclası keçirilib.

Ermənistan Respublikası Baş naziri aparatının yaydığı məlumatda bu haqda qeyd edilir:

“Xatırladılıb ki, İnvestisiya Komitəsinin beşinci iclası çərçivəsində hidrogen məsələləri ilə məşğul olan işçi qrupunun yaradılması qərara alınmışdı.

Bu qrup yaşıl hidrogen sahəsinin inkişafı, onun üstünlükləri, istehsal metodları və texnologiyalarının müəyyən edilməsi istiqamətində işlər aparmalı idi.

Vurğulanıb ki, bu məsləhətləşmənin məqsədi Ermənistanda yaşıl hidrogen istehsalının inkişafı üzrə işçi qrupunun və məsləhətçi şirkətlərin araşdırmaları nəticəsində hazırlanmış təkliflərin müzakirəsini həyata keçirməkdir”.

Daha sonra yaşıl hidrogenin inkişafının hüquqi bazası, tətbiq sahələri təqdim olunub, energetika sisteminin dekarbonizasiyasına, tullantıların qarşısının alınmasına, yaşıl taksonomiya tələblərinə və s. yönəlmiş uzunmüddətli strateji həllərə toxunulub.

Yaşıl hidrogen istehsalı üzrə proqram təklifləri, xüsusilə “BDO ADVISORY” və “CIVITTA” məsləhətçi şirkətləri tərəfindən yaşıl hidrogenin istehsalı və inteqrasiyasına dair texniki-iqtisadi əsaslandırmaların nəticələri barədə ətraflı məlumat verilib.

Həmçinin yaşıl hidrogen istehsalının inkişafının qısamüddətli, ortamüddətli və uzunmüddətli ssenarilərinə toxunulub.

Təqdim olunan araşdırmalar və təkliflər ətrafında müzakirələr aparılıb, energetika keçidində yaşıl hidrogen istehsalı metodları barədə mülahizələr təqdim edilib.

Baş nazir işçi qrupu və məsləhətçi şirkətlər tərəfindən təqdim olunan araşdırmaların vacibliyini qeyd edib, elmi ictimaiyyətlə əməkdaşlıq çərçivəsində və beynəlxalq təcrübənin tətbiqi ilə yaşıl hidrogen istehsalı üzrə pilot layihənin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Ölkə rəhbəri yaxın gələcəkdə pilot layihənin icrası istiqamətində görülən işlərə dair hesabatın təqdim olunmasını tapşırıb.

Daha çox göstər
Back to top button