Bakıda həbs olunmuş Marat Qalustyanın bacısı 17 gündür ki, qardaşı ilə danışa bilmir

Bakıda saxlanılmış Marat Uledanov-Qalustyanın bacısı Mariana Mirzoyanın sözlərinə görə, qardaşı ilə son dəfə 17 gün əvvəl danışmışdı. O, “Tert.am”-ə müsahibədə qeyd edib ki, qanunlara əsasən, hər məhbus həftədə 2 dəfə 15 dəqiqə öz ailəsi ilə tələfonlanla söhbət etmək və görüşmək hüququna malikdir.
O xatırlatdı ki, qardaşının həbsxanaya götürıülməsi barədə sentyabrda xəbər alıb. “Mən həbsxanaya zəng edərək qardaşımla danışmaq istədim, lakin mənə dedilər ki, orada bir çox məhbus var və hər kəs evə zəng etməlidir. Bundan başqa, dedilər ki, qardaşım bir nüçə gün sonra zəng edəcək”.
Mariana Mirzoyan qeyd edib ki, qardaşın həyatı təhlükədədir və bu durum çox narahatedicidir. “Marat mənə o gündən bəri zəng etməyib. Onu artıq 1 il 4 aydır ki həbdə saxlayırlar və hüquqlarını pozurlar”.
Mariana Mirzoyanın sözlərinə görə, hüquq pozulmaları barədə Rusiya və Azərbaycan Ombudsmanlarına müraciyyət edəcək. “Ümidvaram ki, onlar reaksiya verəcəklər”.
Xatırladaq ki, Marat Uledanov-Qalustyan keçən il iyunun 9-dan həbs edilmiş dir və Bakıda saxlanılır. Lakin onun qohumları Qalustyana qarşı Azərbaycan tərəfindən irəli sürülən ittihamları ilə razılaşmırlar.







