Ermənistan və İslandiya xarici işlər naziriləri iqtisadi əlaqələrin dərinləşməsi məsələsi müzakirə ediblər

Vyanada işgüzar səfərində olan xarici işlər naziri Edvard Nalbandyan İslandiya xarici işlər naziri Gudlaugur Tor Tordarson ilə görüşüb.
Görüş ərzində tərflər qeyd ediblər ki, iki ölkə arasında münasibətlərin mövcud səviyyəsi mövcud olan potensiala uyğun gəlmir və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün birgə addımlar atmaq lazımdır.
Ermənistan və İsalndiya xarici işlər nazirləri hüquqi çərçivənin genişləndirilməsinə, xarici işlər nazirliklər arasında məsləhətləşmələr üçün bir mexanizmin yaradılmasına əhəmiyyət verərək, beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Nazirlər ticarət-iqtisadi əməkdaşlığın təşviqini müzakirə edərək, biznes konfranslarının təşkilini qiymətləndiriblər.







