Bako Sahakyan Martuni rayonuna gedib

Artsax Respublikasının Prezidenti Bako Sahakyan iyunun 01-də Martuni rayonunun Kişi kəndinə getmiş və “Erməni kəndlərinin inkişafı Fondu” tərəfindən kapital təmir olunmuş uşaq bağçasının təntənəli açılışı mərasimində iştirak etmişdir.
Bu haqda Artsax Respublikasının prezidenti aparatının baş informasiya idarəsindən bildirilib.
Daha sonra Prezident Sahakyan Çartar şəhərinin yeni istirahət parkının təntənəli mərasimlərində iştirak edib.
Bako Sahakyan Fondun təssisçisi, Rusiyada yaşayan xeyriyyəçi Vladimir Avakyana və həmin Fondun üzvü, xeyriyyəçi Serqey Avetisyana proqramları həyata keçirdiyi üçün minnətdarlıq bildirmiş və qeyd etmişdir ki, oxşar təşəbbüsslər Artsaxın rayonlarını və yaşayış sahələrini şenləndirməyə və Vətən-Spyurk (Erməni diasporu) əlaqələrini möhkəmləndirməyə olduqca yardım edir.
Tədbirlərdə baş nazir Arayik Harutunyan, Milli Şura sədrinin müavini Vahram Balayan və digər vəzifəli şəxslər iştirak edib.