Radio France Internationale-də ermənidilli xəbər redaksiyası açılıb

Fransız beynəlxalq Radio France Internationale (RFI) özünün ermənidilli xəbər redaksiyasını işə salıb və medianın 18-ci xarici dilli xidmətinə çevrilib.
Yeni platforma yalnız şərq ermənicə fəaliyyət göstərəcək və yalnız rəqəmsal məzmuna yönələcək.
RFI-nin məlumatına görə, 8 jurnalistdən ibarət komanda xüsusilə gənc auditoriyaya çatmaq məqsədi daşıyır və sosial media platformalarında, o cümlədən İnstaqram, Facebook və TikTok-da çalışacaq.
Ermənidilli xidmətin baş redaktoru Astrig Haqopyanın sözlərinə görə, gənc auditoriya bu gün əsasən məlumatı sosial şəbəkələr vasitəsilə istehlak edir, buna görə də media bu reallığa uyğunlaşmalıdır.
Yeni redaksiyanın prioritetləri arasında operativ xəbərlər, innovativ formatlarla hekayələr və faktların yoxlanması var.
RFİ-də qeyd edirlər ki, dezinformasiyanın yayılması şəraitində yeni xidmət təkcə yoxlanılmış məlumat təqdim etmək deyil, həm də auditoriyaya saxta xəbərləri fərqləndirməyə kömək etmək məqsədi daşıyır.
Həmçinin bildirilir ki, jurnalist Lilit Şahverdyan mayın sonundan etibarən Ermənistanda çalışacaq və yerindəcə ölkənin siyasi inkişaflarını, o cümlədən qarşıdakı seçki proseslərini işıqlandıracaq.







