İdman
Bako Sahakyan Hadrut rayonuna gedib

Artsax Respublikasının prezidenti Bako Sahakyan Hadrut rayonunda olub. Bu haqda DQR-nın Prezidentinin administrasiyasının informasiya şöbəsi məlumat verib.
Toğ kəndi yaxınlığında dövlət başçısı Hadrut inzibati rayonunun icra hakimiyyəti və rayonun kənd başçılarının iştirakıyla 2016-cı ilin taxıl bitkilərinin yığımı ilə bağlı müşvirə keçirib.
Prezident məmnuniyyətlə qeyd etdi ki, bu il ərzində taxıl məhsullarının həcmi son 8 ilin göstəricilərindən artıqdır. Dövlət başçısı B. Sahakyan müzakirə edilmiş məsələlərin həlli üçün konkret tapşırıq verərək vurğuladı ki, rayonda taxıl məhsullarının yüksək həcmini təmin etmək üçün kifayət qədər şərtlər mövcuddur.