İdman

Stepanakertli Manuel Petrosyan Avropa şahmat çempionu olub

Praqada avqustun 27-də başa çatan şahmat üzrə Avropa çempionatında Mamikon Ğaribyan12 yaşlılar, Manuel Petrosyan isə 18 yaşlılar müsabiqəsində  9 xaldan 7,5-i alaraq birinci yeri tutublar.

ER Şahmat Federasiyası məlumat verib ki, Ermənistanın dövlət himni onların şərəfinə iki dəfə ifa olunub.

Ermənistanın daha 3 təmsilçisi də mükafat yerləri tutaraq medal və kuboklarla təltif olunub. 4 il əvvəl Praqada Avropa çempionu olan Hayk Martirosyan 18 yaşlılar müsabiqəsində 5-ci yeri tutub. 12 yaşlı qızlar müsabiqəsində Mariam Xtyan 4-cü, Aram Hakobyan isə 16 yaşlılar müsabiqəsində 5-ci yeri tutublar. Rusiyalı 12 yaşlı Eva Stepanyan da 3-cü yeri tutub.

Yarışda Rusiya komandası birinci  Erməmistan komandası isə  ikinci yerdədirlər. Rusya 5-i qızıl olmaqla  20 mükafat yer qazanıb.

Daha çox göstər
Back to top button