Ekonomika

Bankların 2/3-si bağlanacaq

Bunu “Exo”ya müsahibəsində Azərbaycandakı bank sisteminin durumunu dəyərləndirən ekspert Əkrəm Həsənov deyib. Müsahibənin həmin hissəsini təqdim edirik:

«Ölkə üçün hansı sayda bankın optimal hesab edilməsini söyləmək çətindir. Hazırda Azərbaycanda nisbi mənada «sağlam» bankların sayı 10-dan çox deyil və bu da ancaq dövlət dəstəyi ilə mümkündür. Birmənalı demək olar ki, zamanla indi fəaliyyətdə olan bankların 2/3-si bağlanacaq və bu nə qədər tez baş verərsə, ölkənin bank sistemi üçün o qədər yaxşıdır. Hazırda bu sistem xərçəng şişləri kimidir, sağlam hüceyrələri də sıradan çıxarır».

Ekspertin qənaətincə, Azərbaycanda bir çox bankların bağlanması qaçılmazdır, amma «Azərbaycan bankları müflisləşməni yubadırlar», Maliyyə Bazarlarına Nəzarət Palatası isə hansı səbəblərdənsə lisenziyaları geri çağırmır:

«Onlar qərarı yalnız o zaman çıxarırlar ki, bank tamamilə valyutasız qalır və bütün aktivləri sıradan çıxır».

Daha çox göstər
Back to top button