Ekonomika

Azərbaycanda neft istehsalı 7,2 faiz azalıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft sektoru üzrə əsas kapitala 4 milyard 334 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin ilk yarısında neft sektorunda 12 milyard 324,6 milyon manat dəyərində ümumi məhsul istehsal olunub. Sənayenin neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz azalıb. Sənaye məhsulunun 70,1 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Daha çox göstər
Back to top button