Ekonomika

V.Məhərrəmli: ‘Dövlət başçısı situasiyanı şərh edəcək məlumata malik deyil’

«Dövlət başçısı demək olar ki, bütün müşavirələrdə deyir ki, ölkə əhalisinin ət, toyuq məhsulları ilə tələbatı 100 faiz daxili imkanlar hesabına təmin olunur. Amma onun dediyi rəqəmlər reallığa uyğun deyil».

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bunu sentyabrın 3-də Lənkəranda prezidentin çay, çəltik və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı müşavirədəki çıxışına münasibət bildirərkən deyib.

Ekspert vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına görə, hər bir insan ildə 84 kiloqram ət istehlak etməlidir. Azərbaycanda isə ildə 300 min ton ət istehsal edilir. Bu da adambaşına 30 kiloqram ət istehlakı deməkdir.

V.Məhərrəmli deyir ki, reallıqda ölkə daxili istehsal hesabına ətə tələbatını təmin edə bilmir. Onun bildirməsinə görə, yumurta, toyuq istehsalında da vəziyyət belədir:

«Buğdaya gəlincə, ölkədə çörək bişirilməsi, əsasən, idxal buğdasından asılıdır. Bu da onu deməyə əsas verir ki, dövlət başçısı bu sahədə situasiyanı şərh edəcək məlumata malik deyil».

Azadlıq Radiosu

Daha çox göstər
Back to top button