
“Armses” elmi-tədris mərkəzi” QHT-nın və Yerevan Dövlət Universitesinin Strateji Araşdırmalar Mərkəzinin göstərdiyi səylər ilə “Aprel Müharibəsi 2016” saytı (www.april2016.am) işləməyə başlayıb. Ermənistan Gənclər Fondundan verilən məlumata görə, sayt 2016-cı il aprel müharibəsinə, baş verən döyüş əməliyyatlarına, həlak olan hərbçilərin həyatları və qəhərmanlıqlarına, Ermənistan-Azərbaycan müharibəsinin cari mərhələsinə həsr edilmişdir.
Saytda oxucularla sual-cavab formatla müharibənin cari mərhələsi, nizamlanma varyantları, ön cəbhədəki hərbçilərin qəhrəmanlıqları barədə məlumatlar yayılacaq.
“Aprel Muharibəsi 2016” saytında analitik xarakterli məqalələr, müsahibələr və xronika yayılacaq. Bunlarla Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın strateji fikirləri aydınladırılacaq.
Saytın Azərbaycan dilində səhifəsi də vardır. Səhifədə azərbaycanlı oxuculara maraqlı olan məqalələr də yer alacaq.







