Ekonomika

Azərbaycanda neft hasilatı 8 faiz azalıb

2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə 28,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,1 faiz artmış, neft sektorunda isə 6,6 faiz azalmışdır.

“Azadliq.info” saytına əsasən, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye məhsulunun 70,2 faizi mədənçıxarma sektorunda, 24,6 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 8,0 faiz, əmtəəlik qaz hasilatı isə 3,4 faiz azalmışdır.

Daha çox göstər
Back to top button