Ekonomika

İsveç diplomatı: ER-Aİ sazişi müxtəlif sahələrdə əməkdaşlıq etməyə imkan verəcək

Avropa İttifaqı ilə yeni sazişin imzalanması ilə Ermənistan Aİ və o cümlədən İsveç ilə əlaqələrini genişlənməyə yönəlimiş önəmli addım atacaq. News.am-ə müsahibədə bunu İsveçin Yerevandakı səfirliyinin müvəqqəti işlər vəkili Martin Fredrikson bildirib. Onun sözlərinə görə, saziş müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

O qeyd edib ki, “Şərq Tərəfdaşlığı ” insanların gündəlik həyatını asanlaşdırmaq üçün yaradılmışdır və Aİ regionda müasir, sabit və inkişaf edən ölkələrdə demokratik, şəffaf qurumların və qanunun aliliyinin gücləndirilməsi, həmçinin ticari və iqtisadi inkişafın dəstəklənməsinə sadıqdır.

Ermənistan və İsveç arasında əlaqələrin inkişafına gəlincə isə, diplomat qeyd edib ki, Ermənistan və İsveç hakimiyyətləri və təşkilatları arasında təcrübə mübadiləsi daha da asan olacaq. Erməni biznesi üçün isə, yeni saziş Avropanın daxili bazarına girmə imkanı olacaq.

Daha çox göstər
Back to top button