Ekonomika

Qızıl hasilatı azalıb

2017-ci ildə Gədəbəydə qızıl hasilatında azalma olub.

Bu haqda hasilatçı “Anglo-Asian Mining Plc.” (Böyük Britaniya) şirkətinin yanvarın 16-da açıqladığı hesabatda bildirilir.

Sənəddə qeyd edilir ki, ötən il qızıl hasilatında cüzi azalma olub. 59617 unsiya qızıl (8,8 faiz azalma) hasil edilib. Əvvəlki ildə 65394 unsiya qızıl hasil edilmişdi.

Azalmaya səbəb “Gədəbəy” və “Qadir” mədənlərində hasilatın müəyyən vaxtlarda dayandırılması göstərilir.

Şirkətin hesabatında “Anglo-Asian Mining Plc.”nin banklara borcunun məbləği də açıqlanıb.

Bildirildiyinə görə, qızıl hasilatçısının xalis borcu 18 milyon dollardan artıqdır. Borcların əhəmiyyətli hissəsi Azərbaycan banklarınadır.

“Anglo-Asian Mining Plc.”nin “Kapital Bank”a 1 milyon, “Azərbaycan Beynəlxalq Bankı”na 2,1 milyon, “Paşa Bank”a 3,7 milyon dollar borcu var.

Şirkətin yerli banklara olan borcları ötən il cüzi azalıb.

“Anglo-Asian Mining Plc.”nin əlavə 10 milyon dollara yaxın borcu olduğu bildirilir.

Daha çox göstər
Back to top button