İdman

FİFA-nın Dünya Çempionatının kuboku Ermənistandadır

ER Prezidentinin mətbuat xidmətinə əsasən, Prezidnet Serj Sarkisyan FİFA-nın Dünya Çempionatının kubokunun təntənəli qəbul mərasimində iştirak edib.Qəbul edilmiş protokola əsasən, Prezident Serj Sarkisyan Qızıl kuboku 1998-ci ildə FİFA Dünya Çempionatının çempionu, Fransa milli komandasında çıxış etmiş Kristian Karambiyodan qəbul edib.

Futbolun ən görkəmli müklafatı olan Qızıl kubok artıq 4-cü dəfə beynəlxalq səyahətə yola çıxır. Bu 220 gün davam edəcək və 50-dən çox ölkə əhatə edəcək. Onlardan 24-də, o cümlədən Ermənistanda kubok ilk dəfə təqdim ediləcək.

Protokolun sonunda FİFA-nın nümayəndəsi Lukas Raxov Prezident Sarkisyana Futbol beynəlxalq federasiyası tərəfindən Qızıl kubokunun küçük kopiyasını hədiyyə verib, Ermənistanda isə Braziliya səfiri Ajemar de Mendonsa Sanktos Respublikanın Prezidentinə əfsanə futbolçu Pele tərəfindən öz imzasıyla göndərilən futbol formasını verib.

Daha çox göstər
Back to top button