
Qarabağ münaqişəsi xəttində eskalasiyanı istisna etmək üçün hər şey edilməlidir. ”Bu mesaj eləcə də Azərbaycana göndərilib. Bu gün jurnalistlərlə görüşərkən bu haqda AB nümayəndəlik rəhbəri Pyotr Svitalski bəyan edib.”AB olaraq biz ATƏT-in Minsk qrupunun həmsədrlərini dəstəkləmək üçün əlimizdən gələni edirik. Anlayırıq ki, iki ölkə Xarici işlər nazirləri arasında ilk təmas Brüsseldə keçirilib. Mən də deyə bilərəm ki, Dağlıq Qarabağ məsələsi Avropa Birliyinin rəsmiləri və Ermənistanın Baş naziri arasında baş verən görüşlərin gündəliyində yüksək səviyyəli və çox ciddi şəkildə keçirilib”- deyə Pyotr Svitalski qeyd edib.“Biz narahatlıq duyduq və sülh mesajı göndərmək üçün əlimizdən gələni edəcəyik. Biz bu regionda və xüsusilə Dağlıq Qarabağ münaqişəsi kontekstində yeni gərginliyə ehtiyac duymuruq. Bu mesaj Azərbaycan rəhbərlərinə də göndərildi” –deyərək Pyotr Svetlitski bəyan edib.







