İctimaiyyət
Bakıda sahibsiz itlər işgəncə ilə öldürüldü

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi nəzarət altında sterilizasiya edilmiş, yəni quduzluğa qarşı peyvənd olunmuş, sahibsiz itlər naməlum şəxslər tərəfindən güllələnib.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, itlərin işgəncə ilə öldürüldüyü iddia edilir.
Sakinlər deyir ki, həmin heyvanlar ətraf üçün heç bir təhlükə yaratmırdılar.







