İdman

Tatevik Hayrapetyan AŞPA-da Azərbaycanda insan haqları məsələsinə toxunub

ER Parlamentində “Mənim addımım” fraksiyasının üzvü Tatevik Hayrapetyan AŞPA-nın payız sessiyasında Azərbaycanda milli azlıqlar və insan hüquqları  məsələsinə , habelə idmanda dəfələrlə nifrətedici təkrar olunan  hallara toxunub.O,bu məsələlərin Avropa Şurasının dəyər sisteminin əsasını təşkil etdiyini vurğuladı.“Əvvəlan  azlıqlar və insan hüquqları məsələsinə toxunmaq istərdim. Azərbaycanda fəaliyyətinə görə həbs olunan tanınmış Talış tanınmış  aktivisti Fəxrəddin Aboszodanın haqqında   eşitmiş olarsınız bir neçə gün əvvəl ona qarşı zorakılıq və psixoloji təzyiq əlaməti olaraq o, aclıq aksiyası keçirdiyini də eşitmişdiniz. Talışlar Azərbaycanın yerli xalqlarındandır  və bu ölkədə azlıq təşkil edir, məncə bu məsələyə laqeyd qala bilmərik və AŞ üzvü olan ölkələrdə azlıqların və insan haqlarının pozulmasının qarşısını almaq üçün lazımi tədbirlər görməliyik”-deyərək   Hayrapetyan bəyan edib.İkinci suala toxunaraq qeyd etdi ki, idmanda həmçinin nifrətedici  hallar da var.“Təəssüf ki, son dəfə diqqətinizi erməni futbolçusu Henrix Mxitaryan və azarkeşlərə qarşı açıq-saçıq ayrıseçkilik münasibətinə yönəltmək istərdim.Bu idmanda nifrətin  təzahürü idi. Təəssüf ki, AŞ Katibliyi bununla bağlı yalnız yazılı bir bəyanatla kifayətləndi . “Nəticədə nifrət idman növübdə özünü bird daha təkrarladı. Məşhur erməni şahmat çempionu Mariya Gevorgyan, Azərbaycan nümayəndə heyətinin tələbi ilə Türkiyədəki yarışlarda iştirak edə bilmədi”- deyərək millət vəkili bildirib.O, inam bildirib ki,  AŞ  üzv ölkələr  arasında  mövcud  münaqişələrə, ziddiyyətlərə və mübahisələrə  baxmayaraq bütün hallarda idman o  sahələrdən biri olaraq  qalır, harada ki, ayrıseçkiliyin yeri  yoxdur, harada ki, oxşar hadisələrin dərhal qarşısı alınmalıdır.Odur ki,gəlin gözümüzü yummayaq və idmandakı nifrətin qarşısını almaq üçün lazımi addımları ataq”- deyərək Tatevik Hayrapetyan  səsləyib.

Daha çox göstər
Back to top button