Mədəniyyət

Gürcü patriarxı Allahşükür Paşazadəyə sərt məktub yazdı: “Keşikçidağa girişi qaytarin”

Gürcüstan Patriarxlığı bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın Keşikçidağ (David-Gareci) monastır kompleksi ilə bağlı Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə ünvanladığı məktubunu yayımlayıb.

Məktubda gürcü patriarxı Azərbaycan tərəfini, zəvvarların Çiçxituri və Udabno monastırlarına baş çəkmələrinin qarşısını faktiki olaraq kəsməkdə ittiham edib.

Maraqlıdır ki, bu məktub Gürcüstanın yeni Baş naziri Corc Qaxarianın Azərbaycana vacib dövlət səfəri ərəfəsində dərc edilib.

Məktubda qeyd edilir ki, Gürcüstan və Azərbaycan arasında 1938-ci ilin martında və 1996-cı ilin iyununda saziş imzalanıb, ona əsasən, dövlət sərhədi 1936-1939-cu illərdə Daxili İşlər Xalq Komissarlığı tərəfindən dərc edilmiş 1:200 000 miqyasındakı xəritəyə uyğunlaşdırılmalıdır.

“Bu xəritəyə əsasən, Udabno və Çiçxituri monastırları Gürcüstan ərazisində göstərilib (Qarecinin ayrılmaz hissəsi olan, amma Azərbaycan ərazisinə düşən Bertubanidən fərqli olaraq).

Azərbaycan tərəfin 2019-cu ildən bizi faktiki olaraq Udabno və Çiçxituri monastırlarından məhrum edən və ibadət edənlərin, turistlərin, habelə dindarların onlara çıxışını tamamilə məhdudlaşdıran əməllərini qətiyyən anlamırıq. Belə çıxır ki, indiyə qədər mövcud olan reallıq bu il heç bir məntiqi olmadan dəyişdirilib, biz bununla barışa bilmirik. Delimitasiya və demarkasiya prosesi yekunlaşana qədər əvvəllər mövcud olan status-kvonun bərpa edilməsini və dindarlar və bizim mədəniyyətimizlə tanış olmaq üçün gələn turistlər üçün Udabno və Çiçxituri monastırlarını ziyarət etmək istəyi ilə əlaqədar problem yaradılmamasını tələb edirik, özü də belə bir ərazidə faktiki vəziyyətin saxlanması mütləq xarakter daşıyır, digər dövlətin razılığı olmadan, xüsusən zorakı addımlarla vəziyyətin dəyişdirilməsi isə tamamilə qəbuledilməzdir”, deyə məktubda bildirilir.

Daha çox göstər
Back to top button