BaşlıcaEkonomika

ER-AİB əməkdaşlığıyla bağlı məsələlər müzakirə olunub

Ermənistan Respublikasının  Baş nazir müavini  Mher Grigoryan Asiya İnkişaf Bankının  Ermənistandakı ofisinin  yeni təyin edilmiş  müdiri  Paulo Spantiqantini  qəbul edib. Bu barədə ER Baş nazir müavini Mher Grigoryanın ofisindən məlumat verilib.

Baş nazir müavini AİB-nın Ermmənistan ilə  əməkdaşlığının  hərtərəfli və çoxşaxəli olduğunu vurğuladı.  Mher Grigoryan, xüsusilə,  kapital bazalının və dövlət-özəl tərəfdaşlığın inkişafına yönəlmiş birgə proqramlarını mühüm sayıb.

Paulo Spantiqanti  AİB tərəfindən  bu ilin noyabr ayında Ermənistan ilə   təsdiq edilmiş  tərəfdaşlığın  yeni 5 illlik strategiyasını təqdim edib və  strategiyanın əsas  vurğularına və Ermənistanda AİB-ın gələcək proqramlarının mümkün  istiqamətlərinə toxunub.

Həmsöhbətlər infrastrukturun, insan kapitalının inkişafı və biznes sahələrində qarşılıqlı proqramların həyata keçirilməsinin vacibliyini vurğuladılar.

Daha çox göstər
Back to top button