İctimaiyyət

AİHM İslam Partiyasının liderinin hüquqlarının pozulmasını tanıyıb

Dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi İslam Partiyasının lideri, mühakimə edilmiş Mövsüm Səmədovun şikayəti üzrə qərarı elan edib. Bu barədə “Turan” informasiya agentliyi xəbər verir.

Strasburq məhkəməsi qərara alıb ki, 2011-ci ildə M.Səmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqların pozulması ilə müşayiət olunub.

Avropa məhkəməsi müəyyən edib ki, yerli məhkəmələr M.Səmədovun azadlıq və şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnu pozublar.

Strasburq məhkəməsi M.Səmədova ümumi məbləği 4 min avro kompensasiya ödənilməsini qərara alıb. Hüquq müdafiəçiləri M.Səmədovu siyasi məhbus kimi tanıyıblar.

Daha çox göstər
Back to top button