
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı sübut edir ki, statusundan asılı olmayaraq, Azərbaycan hakimiyyəti nəzarətində olan hər bir erməni təhlükə altındadır. Bu barədə ER Xarici işlər nazirliyi, AİHM-in 30 yanvar tarixli qərarına toxunaraq bəyan edib.
“Yanvarın 30-da AİHM Saribekyan və Balayan Azərbaycana qarşı işiylə bağlı qərar qəbul etdi. Bu, Azərbaycan nəzarətində, Azərbaycan hərbi polis idarəsində olan ER vətəndaşı Manvel Saribekyanın ölüm hadisəsi barədə idi. Manvel Saribekyan 2010-cu il sentyabr 11-də pis hava şəraiti ilə əlaqədar itkin düşdü və Tavuş bölgəsində sərhədi keçərək Azərbaycan tərəfinin hissəsinə girib. Bir ay sonar isə 2010-cu il noyabrın 4-də Saribekyanın cəsədi erməni tərəfinə verildi. Azərbaycan versiyasına görə, erməni çoban Azərbaycan MN hərbi polis idarəsində intihar edib.
Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi açıq-aşkar yalan ittihamlarla Manvel Saribekyana qarçı cinayət işi açıb və onu işgəncələr altında Azərbaycan televiziyasında görünməyə məcbur etdi.
Avropa İnsan Hüquqları Məhkəməsi ER vətəndaşının İnsan Hüquqları üzrə Avropa Konvesiyasıyla təmin edilmiş əsas hüquqların pozulmaları, xüsusən Konvesiyanın 2-ci maddəsinin (həyat hüququ) həm maddi-hüquqi, həm də məhkmə aspektləri üzrə pozuntuları, eləcə də Konvesiyanın 3-cü maddəsinin (işgəncələrin qadağan olunması) pozulmasını qeyd edib, çünki Avropa İnsan Hüquqları Məhkəməsi üçün şübhə doğurmur ki, Saribekyanın Azərbaycan hakimiyyətinin bilavasitə nəzarəti altında qəsdən son dərəcə ciddi və qəddar əzablara məruz qalıb.
Qərar görünməmişdir: ilk dəfə olaraq Avropa İnsan Haqları Məhkəməsi Ermənistan vətəndaşının həyatdan məhrum edilməsində Azərbaycanın məsuliyyətini təsdiqlədi və Ermənistan vətəndaşının, xüsusən də Azərbaycan hərbi polisinin zorakı hərəkətləri nəticəsində işgəncələrə məruz qaldığını qeyd etdi.
Bu qərar bir dəfə də sübut edir ki, Azərbaycan açıqcasına insan hüquqlrının beynəlxalq öhdəliklərini pozur. O, həm də sübut edir ki, statusundan asılı olmayaraq Azərbaycan hakimiyyəti nəzarətində olan hər bir erməni təhlükə altındadır.
ER öz vətəndaşların və erməni xalqın təhlükəsizliyinin və ədalətin təmin edilməsi istiqamətində səylər göstərməyə davam edir”- deyə ER XİN bəyanatında qeyd edilir.







