Mədəniyyət

Nar şərabımızı UNESCO-da qeydiyyata almağı düşünməyə dəyər. Paşinyan yeni qlobal erməni markasını yaratmağı təklif edir

2019-cu ildə Ermənistandan mal və xidmətlərin ixracı 10,3%, meyvə şərablarının ixracı isə 70,8% artdı. ER Baş naziri Nikol Paşinyan bu gün, fevralın 27-də hökumətin iclasında bəyan etdi.

O, vurğuladı ki, meyvə şərabları sahəsini dəstəkləmək lazımdır, çünki  burada yeni qlobal erməni markasının yaradılma şansı var.

“Eyni zamanda, nar şərabı dünyada getdikcə populyarlaşır və ənənəvi folklorda nar şərabımız çox vacibdir. Bu kontekstdə Nar şərabımızı UNESCO-da qeydiyyata almağı düşünməyə dəyər, bu da markaya yeni güc verəcəkdir”- deyə  baş nazir qeyd etdi.

Daha çox göstər
Back to top button