Ekonomika

İqtisadçı: Manatın devalvasiyası qaçılmazdır

“Hesablamalar göstərir ki, Azərbaycan neftinin orta qiyməti 40 dollardan aşağı olarsa tədiyə balansının cari hesabında kəsir yaranır. Bu o deməkdir ki, manatın məzənnəsini sabit saxlamaq üçün Dövlət Neft Fondunun bu il üçün satışını proqnozlaşdırdığı 6,8 milyard dollar bazarın tələbini ödəməyəcək. Çünki, yalnız bu ayın 17 günündə hər iki mənbədən valyuta bazarına 1,85 milyard dollar satışa çıxarılıb. Bu isə o deməkdir ki, həm Mərkəzi Bankın, həm də Neft Fonunun aktivləri azalmağa başlayıb.”

Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində yazıb.

İqtisadçı hesab edir ki, manatın devalvasiyası qaçılmazdır, sadəcə zamana bağlı məsələdir.

İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, neft bazarında qiymətlərin aşağı düşməsi tendensiyası davam esdəcək.

Mərkəzi Bankın sədri Elman Rüstəmov yerli mediaya bildirib ki, Azərbaycanın neftin qiymətinə istənilən çağırışda cavab verməyə hazırdır.

“Bizim kifayət qədər potensialımız var. Hökumətdə və Mərkəzi Bankda devalvasiya qorxusu yoxdur. Bu məsələ heç beş dəqiqəlik də olsa, müzakirə mövzusu olmayıb,” o qeyd edib.

Daha çox göstər
Back to top button