
Xüsusi karantin rejimi çərçivəsində tədbirlərin gücləndirilməsi ilə əlaqədar Azərbaycan DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları karantin tədbirlərinin həyata keçirilməsi çərçivəsində asayişin təmin edilməsinə cəlb olunublar. “Turan” agentliyinə əsasən, bu barədə DİN-in məlumatında deyilir.
Daxili Qoşunlar polislə birlikdə Bakı ərazisində xidmət çəkəcək, deyə məlumatda bildirilir.
Müşahidəçilərin fikrincə, hakimiyyətin növbəti addımı bütün ölkə ərazisində fövqəladə hal elan edilməsi olacaq.







