Başlıcaİctimaiyyət
Ermənistanda daha 58 nəfərdə koronavirus aşkarlanıb

Martın 30-u saat 11:00-a olan məlumatlara görə, Ermənistanda daha 58 nəfər koronavirusa yoluxub.
Bu barədə ER Səhiyyə nazirinin mətbuat katibi Alina Nikoğosyan öz “Facebook” səhifəsində yazıb.
Yoluxanlardan 25-i karantində olublar, 31 hadisə isə qeyd olunan hadisələri ilə bağlı idi, 2 yeni hadisənin təmas dairəsi dəqiqləşdirilir.
Xatırladaq ki, hazırda Ermənistanda koronavirusa yoluxanların sayı 482-ə çatıb, 30 nəfər sağalıb. 3 Ölüm hadisəsi qeydəalınıb.







