Ekonomika

Nemət Əliyev: “Statistika Komitəsi ağ yalanları davam etdirir”

“Azadlıqinfo”da yer alan “Statistika Komitəsi ağ yalanları davam etdirir” sərlövhəli məqalədə müəllif açıqlanan rəsmi statistik rəqəmlərin reallığa uyğun olmadığı iddiasını müzakirə müstəvisinə gətirir.

İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, Dövlət Statistika Komitəsi bu il may ayının 1-nə rəsmi məlumat açıqlayaraq bildirib ki, ölkədə 298 min nəfər işsiz var (iqtisadi fəal əhalinin sayı 5,197 milyon nəfər; məşğul əhalinin sayı 4,899 milyon nəfər; işsizlərin sayı 298 min nəfərdir).

““COVİD-19”-dan ibrət götürənə heç oxşamırlar, sanki islah olunmayacaqlarına, millətə hələ bir müddət də çeşidli inkişaf nağılları sırımağa davam edəcəklərinə and içiblər”, deyə ekspert bu rərəmləri şübhə altına alır.

İqtisadçı deyir ki, dövlət başçısı səviyyəsində 600 min işsiz sayı rəsmən etiraf olunub, hətta bu sayda olan işsizlərin hər birinə aylıq 190 manat olmaqla 2 ay müddətinə birdəfəlik ödəmələrin verilməsi haqqında hökumət qərar da qəbul edib.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəhəng elektron qeydiyyat sistemi bu ilin aprel ayında çöküb. Bu, Statistika Komitəsinin telini belə tərpədə bilməyib. O “298 min işsiz” sayını haradan və necə ortaya çıxarıblarsa, bir özləri, bir də Allahları bilir”, deyə müəllif bu rəqəmlərin doğruluğuna şübhələrini bir daha dilə gətirir.

Müəllif hesab edir ki, statistika bütün sərhədləri keçib, nə dövlət başçısının dediyindən, nə hökumətin dediyindən, nə də sadə xalqın dediyindən nəticə çıxarır.

Bundan irəli gələrək, müəllif saxta məlumatların təkcə Azərbaycan ictimaiyyətinə deyil, həm də beynəlxalq təşkilatlara da ötürüldüyün vurğulayır: “Axı haraya kmi, axı nə qədər həqiqətləri, gerçəkləri təhrif etmək, millətin gözünə kül üfürmək olar?”, deyə müəllif sual edir.

Daha çox göstər
Back to top button