BaşlıcaSiyasət

AİHM qərarı necə icra olunacaq, Ramil Səfərov yarım cəzasını harada və necə çəkəcək?

Avropa İnsan Haqları Məhkəməsi, Qurgen Margaryanın qətliylə bağlı  işdə Konvensiyanın iki maddəsinin pozulmasını qeydə alaraq, Azərbaycana sərt qiymət verib. Sputnik Ermənistan-a verdiyi müsahibədə illərlə bu işlə məşğul olan vəkil Nazeli Vardanyan, “Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı” işiylə bağlı AİHM qərarını qiymətləndirdi.

“Çox vacibdir ki, nəinki Azərbaycan tərəfindən yaşamaq və ayrı-seçkilik hüququ haqqında Konvensiyanın iki maddəsinin pozulmasını, həm də  məhkumların ekstradisiyası barədə Konvesiyanın və məhkumların əfv olunması ilə bağlı öz milli qanunvericiliyinin pozulmasını qiymətləndirib”- deyə Vardanyan qeyd etdi.

Vəkilin fikrincə, Azərbaycan Prezidenti əfv fərmanını yalnız 10 il cəza çəkdikdən sonra imzalaya bilərdi, Səfərov isə cəmi 8 il həbsdə qalmışdı. Bununla yanaşı, ölkə qanunlarına əsasən, ömürlük həbs cəzası 25 il müddətinə dəyişdirilə bilər, Səfərov isə ümumiyyətlə həbsdən azad edildi.

“Bütün bunlar məhkəmə tərəfindən qiymətləndirilib. Prosesual baxımından, AİHM, illərlə şahidi olduğumuz Azərbaycanın şantaj, rüşvət, lobbiçiliyini nəzərə alaraq, onu bu cinayətdə günahkar bildi. Bu mənada bu qərarın ağır çəkisi var”- deyə Vardanyan vurğuladı.

Macarıstanla bağlı Avropa Məhkəməsinin mövqeyinə gəldikdə, Vardanyan qeyd etdi ki, hökmə görə Macarıstan beynəlxalq hüquq normalarını pozmadı, çünki Səfərovun Azərbaycanda əfv olunacağını belkə bilməmişdir.

Gurgen Margaryanın varisi maraqlarının  müdagiəçisi Avropa İnsan Haqları Məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Onun sözlərinə görə, həmin ölkənin keçmiş hökuməti Azərbaycanda baş verən qəhrmanlaşma  faktlarını yaxşı bilirdi. Vəkilin sözlərinə görə, yeni hökumət əvvəlkilərin qanuni varisidir, lakin məhkəmədə bu ölkə hakimiyyətinin günahını sübut etməyən heç bir əsas təqdim etməyib.

Bu vəziyyətə baxmayaraq Nazeli Vardanyan AİHM hökmünü müsbət sayır və bunun sonrakı icrasını mühum sayır.

“Şikayətimdə Səfərovun cəzasını çəkmək üçün Macarıstana və ya üçüncü bir ölkəyə təhvil verilməli olduğunu yazdım, lakin məhkəmə bu məsələyə toxunmadı və Avropa Şurasının Nazirlər Komitəsinə verdi. Başqa sözlə, bu qurum Azərbaycanın bu hüquqların pozulmasına görə vəziyyəti necə düzəltməli, Səfərov cəzasının necə və harada yerinə yetirilməsi barədə qərar verməlidir”- deyə Vardanyan aydınlaşdı.

Xatırladaq ki, Macarıstan məhkəməsi erməni zabitini batlayla öldürmüş Ramil Səfərova ömürlük həbs cəzası verib. Sonra isə Azərbaycan ekstradisiya olunub.

Ancaq Azərbaycana gəldikdən sonra Səfərov prezident səviyyəsində əfv olundu, nəinki cəzasını çəkməkdən azad edildi, həm də qəhrəmanlaşdırıldı.

Daha çox göstər
Back to top button