BaşlıcaSiyasət

Sargsyan Aprel müharibəsində torpaqların itirilməsi barədə

ER keçmiş prezidenti Serj Sargsyan Facebook-da “Səmimi danışaq: Serj Sargsyan Aprel müharibəsi haqqında” başlıqla videolarda ictimaiyyəti maraqlandıran bir sıra məsələlərə toxunur.

O xüsusi olaraq Aprel müharibəsində 800 hektar ərazinin itilməsi ilə bağlı ona qarşı səsləndirilən ittihamlara toxunub.

Sargsyan qeyd edib ki, Aprel müharibəsi gözlənilməz hücum edən və bütün silahlarını tətbiq edən rəqqibə qarşı bir qələbə idi. “Biz bütün şəhərlərimizi və kəndlərimizi müdafiə etdik və onların genişmiqyaslı hücumlarının qarşısını uğurla aldıq”.

Sargsyan həmçinin vurğulayıb ki, Azərbaycanın məqsədi sadəcə bir neçə yüz hektar torpağının işğalı deyildi.

“Lakin gəlin bu 800 hektar barədə danışaq. Daha dəqiq ölçmə aparıldığı təqdirdə 800 deyil, 400 hektardır. Müharibədən sonra dediyim şey oydu ki, onlar 800 min hektar təhküləsizlik zonasından 800 hektarı, yəni 0,1%-i ala bildilər”,-deyə o qeyd etdi.

Sargsyan həmçinin təhlükəsizlik zonasının bu hissəsinin geri alınması üçün niyə Silahlı Qüvvələrə əmr vermədiyini də açmıqladı.

“Müharibə zamanı mən ordumuz tərəfindən bu ərazinin geri qaytarılmasına israr etmədim, çünki hərbçilərimizin həyatlarına üstünlük verdim. Mənim qərarım qəti idi”,-deyə Serj Sargsyan vurğuladı.

Daha çox göstər
Back to top button