BaşlıcaEkonomikaİdman

2020-ci il iqtisadi baxımdan necə idi? Hakim partiyasının deputatı ili yekunlaşdırır

2020-ci il fəlakətli idi. ER Parlamentinin “Mənim addımım” fraksiyasının  deputatı, iqtisadçı Artak Manukyan keçən iqtisadi ili belə izah etdi. İlin əvvəlində biznesdə qeydə alınan müsbət göstəricilər iqtisadiyyat baxımından koronavirusun çağırışlarına cavab verməyə imkan verirdi. Lakin bu müsbət göstəricilər sentyabr ayında, Ermənistanda və dünyada epidemiyanın ikinci dalğası  və müharibə başlayanda yox oldu.

“Müharibə sentyabr ayında başladı və indi də koronavirusun ikinci dalğası bütün dünyaya, o cümlədən Ermənistana yayıldı. Bütün bunlara görə, böyük ehtimalla il 8% azalma ilə başa çatacaq” – deyə o “Sputnik Armenia” ilə söhbətində deyib.

Bununla birlikdə, deputatın fikrincə, 2008-2009-cu illərində iqtisadi böhran nəticəsində qeydə alınan 14,1% iqtisadi azalma ilə müqayisə etsək, 8% o qədər də pis göstərici deyildir.

Manukyan əmindir ki, gələn il iqtisadi fəlakəti dəf edə biləcəyik. Onun sözlərinə görə, büdcədə nəzərdə tutulan 3,2% iqtisadi artım indeksi bunu sübut edir.

“Kapital xərclərinin kifayət qədər yüksək hədəfi təyin olunub – ÜDM-in 3,2% -i, ümumilikdə  orta göstəricimiz 2,8% olmuşdur”- deyə deputat qeyd edib.

Manukyana görə, kapital xərclərinin planlaşdırılması və onların icrası iqtisadi artım tempini sürətləndirə bilər.

Daha çox göstər
Back to top button