BaşlıcaSiyasət

Kreml seçkilərdə Paşinyanın partiyasının inamlı qələbəsini görür: Peskov

Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml Ermənistandakı seçkilərlə bağlı vəziyyəti izləyir və xalqın qərarının ölkənin davamlı inkişafa doğru getməsinə kömək etməsini istəyir. Bu barədə TASS bildirib.

“Ermənistan Mərkəzi Seçki Komissiyasının bu seçkinin baş verdiyi barədə məlumatını alqışlayırıq. Əlbətdə ki, Paşinyanın partiyasının inamlı qalib gəldiyini görürük. Erməni xalqını seçkilər münasibətilə təbrik edirik. Əlbətdə ki, biz erməni xalqının bu seçkilərinin ölkənin indi üzləşdiyi çətinliklərin öhdəsindən gəlməsinə, sabit inkişafa doğru getməsinə kömək etməsini istəyirik”- deyə Peskov Moskva seçkilərinin nəticələri və Yerevan ilə qarşılıqlı əməkdaşlığa dir suala cavab olaraq qeyd edib.

Daha çox göstər
Back to top button