BaşlıcaSiyasət

Masa ətrafında oturmaq, toqquşmalara səbəb olmamaq: RF deputatı ER Parlament seçkilərinə toxunub

Parlament seçkilərində səs verən Ermənistan vətəndaşları, Rusiya ilə əlaqələrin dərinləşməsinin tərəfdarı olub. Rusiya əleyhinə qüvvələr səslərin 1 faizini də ala bilmədi. TASS xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə münasibətlər komitəsi sədrinin birinci müavini Viktor Vodolatski söyləyib.

Deputat qeyd edib ki, Ermənistanda keçirilən seçkilər zamanı günortaya qədər seçicilər kifayət qədər aktiv idi, hətta məntəqələrdə növbələr yaranmışdı. Onun fikrincə, seçicilərin əsas məsələlərindən biri də Rusiya ilə sosial-iqtisadi və siyasi əlaqələrin dərinləşməsi olub. Bunlar Nikol Paşinyana səs verən insanlardır.

Viktor Vodolatski qeyd edib ki, məğlub olan partiyalar çətin qərar verməli və danışıqlar masası ətrafında oturmalıdır.

“Masa ətrafında oturmaq, insanları küçələrə çıxarmamaq, qarşıdurmalara səbəb olmamaq, oturub Ermənistanın lehinə razılaşmaq lazımdır”- deyə deputat qeyd edib.

Daha çox göstər
Back to top button